Rusiyaya qarşı yeni sanksiyalar paketi açıqlandı

ABŞ hakimiyyəti gələn həftə yeni sərt anti-Rusiya sanksiyalarının tətbiqini elan edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

Onun sözlərinə görə, yeni sanksiyalar, digər məsələlərlə yanaşı, “Kremlin hərbi maşınına töhfə verənlərə, o cümlədən üçüncü ölkələrdəki vasitəçilərə” yönəldiləcək.

Yellen vurğulayıb ki, Vaşinqton Rusiyanın məhdudiyyətlərdən necə yayınması ilə mübarizəni davam etdirir.

Daha əvvəl bildirilmişdi ki, Aİ-nin növbəti sanksiyalar paketi Rusiyanın enerji ixracına qarşı yönələcək.

Politico-nun məlumatına görə, Avropa ölkələri yanvar ayında 15-ci raund məhdudiyyətlər hazırlamağa başlayacaq.

Bu, əsasən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə təsir edəcək.

Avropa Komissiyası yeni sanksiyalar gözləntiləri səbəbindən alış həcmləri sürətlə artmağa başlayan Rusiya yanacağının alınması imkanlarını daha da məhdudlaşdırmağı planlaşdırır.

 

 

Gununsesi.info