Bakıda tuneldə batan ikinci şəxsin də meyiti çıxarıldı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs – 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.