
Avstraliyada gəzinti zamanı cib telefonunu götürməyə çalışan gənc qadın iki daş arasına sürüşərək saatlarla baş üstü ilişib qalıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məlumatlarda adı Matilda Kempbell olan qadın bu ayın əvvəlində Yeni Cənubi Uelsin Hunter Vadisi bölgəsində gəzərkən üç metrlik yarığa düşüb.
Hadisə yerinə cəlb olunan fövqəladə hallar xidmətləri 7 saat sonra qadını xilas edə biliblər.
Qeyd edək ki, qadının ilişib qaldığı qayanın birinin ağırlığı 500 kq (1,100 funt) idi.