Ərdəbildə qar yağması səbəbindən məktəblər bağlanıb

  • By Günel
  • 23 Oktyabr 2024 09:13

İranın Ərdəbil əyalətində qar yağması səbəbindən bir sıra şəhərlərin səhər növbələrində məktəblər bağlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin İctimaiyyətlə əlaqələr və təhsildə informasiya üzrə idarənin başçısı Həsən İsgəndərzadə bildirib.

Onun sözlərinə görə, əyalətin Ərdəbil, Xalxal, Səreyn və Meşginşəhr şəhərlərində məktəbəqədər və ibtidai məktəblər qısa müddətə bağlanıb.

Həsən İsgəndərzadə bildirib ki, yuxarı siniflərin bağlanması ilə bağlı qərar qəbul olunarsa, bu, uyğun kanallar vasitəsi ilə məktəblərə çatdırılacaq. (“Report”)

Gununsesi.info