Xocəsəndə avtomobil iki piyadanı vurub, biri ölüb

  • By Günel
  • 23 Oktyabr 2024 09:22

Xocəsəndə avtomobil iki piyadanı vurub.

Gununsesi.info xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyadalar – Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.

Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Gununsesi.info