XİN-dən fransalı nazirə cavab…

  • By Günel
  • 22 Oktyabr 2024 23:57

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barrotun ölkəmiz əleyhinə yalanlarına cavab verib.

Gununsesi.info xəbər verir ki, bu, A.Hacızadə bununla bağlı “X”-dəki hesabında yazıb.

“Cənab nazir, biz beynəlxalq hüquqa və ədalətə hörmət etməliyik, beynəlxalq hüquqa və ədalətə sadiqliyimizi bəyan etmək üçün onlara uyğun hərəkət etməliyik”, – A.Hacızadə vurğulayıb.

Qeyd edək ki, Fransanın XİN başçısı guya ölkəsinin beynəlxalq hüquq və ədalətin tərəfində olduğunu və həmişə də olacağını deyib.

Gununsesi.info