Sosial Tədqiqatlar Mərkəzində COP29- la bağlı dəyirmi masa keçirilib

Sosial Tədqiqatlar Mərkəzi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. 

Gununsesi.info xəbər verir ki, dəyirmi masanın mövzusu “COP29- Yaşıl strategiya , iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr edilib.

Dəyirmi masanı giriş nitqləri ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb.
STM rəhbəri Zahid Oruc iqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri”mövsuna toxunaraq qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəblərı sırasında insan amili, başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı,birgə tədqiqatların təşkili böyük səmərə verə bilər.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə insan və təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixindən danışıb.
 COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, deputat Pərvanə Vəliyeva bir sıra vacib məqamlara toxunub.
Vətəndaş cəmiyyəti və icma təşkilatları COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini vurğulayıb.
Sosial Tədqiqatlar Mərkəzi İH üzvü, professor Tahirə Allahyarova “İqlim geosiyasəti”- Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası” mövzusuna toxunaraq, bəlli xarici mənbələrdən qaynaqlanan dezinformasiya hücumlarından bəhs edib. Prosesin arxasında başlıca qüvvə kimi revanşist erməni diasporun və havadar ölkələrin durmasını diqqətə çatdırıb.
Tədbir iştirakçıları iqlim dəyişmələri sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, Vətəndaş Cəmiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına, ölkəmizdə iqlim siyasətinin, təbiətin qorunmasına, dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.
Şəbnəm