İsrail Livanla irimiqyaslı müharibəyə yaxındır

İsrail Livan və onun ərazisində yerləşən şiə Hizbullah təşkilatı ilə genişmiqyaslı müharibəyə ciddi şəkildə yaxınlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz İsrail televiziyasının 12-ci kanalında bildirib.

Bildirilir ki, Colan təpələrində yerləşən Məcdəl Şəms kəndinə hücumu edilib. Katzın sözlərinə görə, atışma nəticəsində uşaqlar da daxil olmaqla azı 10 nəfər həlak olub: “Məcdəl Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər vurması bütün qırmızı xətləri aşsa, reaksiya uyğun olacaq. Biz Hizbullah və Livanla tammiqyaslı müharibə həddinə yaxınlaşırıq”.

Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Simone Halperin ölkənin Livanla müharibəyə hazır olduğunu bəyan edib.

O, İsrail hakimiyyətinin eskalasiyanı istəmədiyini və Livanla ziddiyyətləri diplomatik yollarla həll etmək niyyətində olduğunu vurğulayıb.

 

Şəbnəm

Gununsesi.info