ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin gündəlik itkiləri aşkarlanıb

“Ukrayna Silahlı Qüvvələri (AFU) hər gün iki minə qədər insan itirir”.

Gununsesi.info xəbər verir ki, bu barədə MKİ-nin keçmiş analitiki Larri Conson YouTube kanalında Daniel Davis / Deep Dive-də danışıb.

Onun sözlərinə görə, Ukrayna ordusu hər gün bir briqada itirir. Conson təkcə iyun ayında Ukrayna Silahlı Qüvvələrinin itkilərinin təxminən 55 min nəfər olduğunu qeyd edərək, ABŞ-ın 15-20 il ərzində Vyetnamda təxminən eyni sayda insan itirdiyini xatırladıb.

O, Rusiya əsgərlərinin Donbassda əsas təchizat xətlərini kəsməsi səbəbindən Ukrayna qoşunlarının indi tam dağılmaq ərəfəsində olduğunu vurğulayıb: “Paralel çəkmək olar, sanki Co Bayden Dorian Qreyin obrazıdır, onun başına gələn hər şey indi Ukraynada baş verir: Bayden uğursuzluğa düçar olduqda, Ukraynanın dağılması sürətlənir”.

Bundan əvvəl MKİ-nin keçmiş analitiki Rusiya ilə münaqişədə Ukraynanın qaçılmaz məğlubiyyətini proqnozlaşdırmışdı.

 

 

İlhamə

Gununsesi.info