Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb - Video

Moskvada rusiyalı milyarder Musa Bajayevin oğlu polislə davaya görə saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Telegram 112 kanalı hadisənin görüntülərini dərc edib.

Bildirilir ki, hadisənin paytaxtın “Lujniki” stadionunun yaxınlığında baş verin.

Telekanalın məlumatına görə, Rusiyanın “Platinum” şirkətinin sahibinin 23 yaşlı Timur Bajaev Lujniki kompleksinin yaxınlığında olarkən ictimai asayişi pozaraq polis əməkdaşı ilə münaqişəyə girib və bu zaman o, dövlət məmuruna qarşı zorakılıq tətbiq edib.

Bundan sonra gənc saxlanılıb. Yaxın vaxtlarda o, tibbi müayinədən keçəcək, daha sonra məhkəmə qabaqlayıcı tədbir seçəcək.

Qeyd edək ki, Timur Bajaev çeçen oliqarxı, iş adamı, “Alliance Group” şirkətinin prezidenti Musa Bajayevin oğludur. Onun sərvəti 750 milyon dollar qiymətləndirilir.

 

Şəbnəm

Gununsesi.info