
“Vaşinqton Hizbullah hərəkatının ABŞ-a hörmət etməsini və İsrailə qarşı yeni hücumlara yol verməməsini təmin etməlidir”.
Gununsesi info xəbər verir ki, bunu keçmiş Amerika lideri Donald Tramp Tennessi ştatının Nashville şəhərində Bitcoin 2024 konfransında çıxış edərkən deyib.
“Yəqin ki, İsrailin hücuma məruz qaldığını eşitmisiniz. Görünür ki, Hizbullah bunun arxasındadır. Bu baş verməməlidir. Onlar bizə hörmət etməlidirlər, bunu etməməlidirlər. Bu, çox ciddidir,”.
Tramp əmin edib ki, əgər o, ABŞ prezidenti vəzifəsində olsaydı, belə bir hücum mümkünsüz olardı.
Bundan əvvəl ordunun mətbuat xidməti ölkənin şimalını Livan ərazisindən, o cümlədən İsrailin nəzarətində olan Qolan təpələri istiqamətində kütləvi atəşə tutulduğunu bildirmişdi.
Ən azı bir raket Qolandakı Druzilərin Məcdəl Şəms kəndindəki futbol meydançasına düşüb.
Son məlumatlara görə, yeniyetmə və uşaqlar da daxil olmaqla 11 nəfər həlak olub, 19 nəfər yaralanıb.
İsrail ordusunun məlumatına görə, raket Hizbullah silahlı qüvvələri tərəfindən Livanın cənubundakı Şebaa kəndi ərazisindən buraxılıb.
Hizbullah bu insidentdə hər hansı əli olduğunu inkar edib.
Şəbnəm
Gununsesi.info