Daşkəsəndə 66 yaşlı qadına balta ilə xəsarət yetirilib

  • By ilhame
  • 27 İyul 2024 19:15

Daşkəsən rayon Xoşbulaq kəndində qadına ağır xəsarətlər yetirilib.

 

Gununsesi.info-nun məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanovaya mübahisə zəminində balta ilə 3 xəsarət yetirilib.

 

Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

 

Ona xəsarət yetirməkdə gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənova şübhəli bilinir.

 

Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

 

Fakt araşdırılır.

Gununsesi.info