Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib

  • By ilhame
  • 27 İyul 2024 22:37

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

 

Gununsesi.info xəbər verir ki, Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.

 

Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

 

U-18 həlledici görüşdə Lüksemburq – Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.

Gununsesi.info