
Livan hökuməti mülki şəxslərə qarşı hücumları qətiyyətlə pisləyir və regionda bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edir.
Gununsesi.info xəbər verir ki, bu barədə respublikanın baş naziri Nəcib Mikatinin mətbuat xidmətinin teleqram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
Bəyanatda deyilir: “Hökumət bütün zorakılıq hərəkətlərini və mülki şəxslərə qarşı hər hansı hücumu kəskin şəkildə pisləyir. Livan bütün cəbhələrdə Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir”.
Baş nazir vurğulayır ki, Beyrut “mülki əhaliyə qarşı təcavüzü insanlıq prinsiplərinə zidd olaraq beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirir”.
Mikatinin bəyanatı Livan hakimiyyətinin işğal altındakı Qolan təpələrində baş verən insidentə ilk reaksiyası olub.
Şəbnəm
Gununsesi.info