Şagirdini döyən müəllim həbs edilib

Daşkənddə 188 saylı məktəbdə rus dili dərsini özbək dilində dediyinə görə şagirdi döyən müəllim başqa məktəbdə direktor müavini ilə dava etdiyi üçün həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Nəşrin məlumatına görə, 204 saylı məktəbdə qadın qalmaqal yaradıb. Onun direktor müavini ilə dəqiq nəyi bölüşmədiyi göstərilmir. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə müdaxilə etsə də, müəllim müqavimət göstərib.

Qadın 7 sutka həbs edilib və cərimələnib.

Qeyd edək ki, o, rus dili dərsi zamanı məktəblini döydüyü üçün barəsində araşdırma aparılır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Özbəkistanı rusdilli uşaqla bağlı insidentə qiymət verməyə çağırıb.

 

 

 

Şəbnəm

Gununsesi.info