
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonun ərazisində 1, həmçinin Suraxanı rayonu ərazisində 1 nəfərin liftdə, Binəqədi rayonunda 1 nəfərin, Suraxanı rayonunda isə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Gununsesi.info xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.