Vaşinqtonda Azərbaycan icması ilə görüş keçirildi - Fotolar

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-dəki Azərbaycan diasporunun fəalları ilə görüşüb.

Gununsesi.info  xəbər verir ki, F.Muradov Komitənin son illər gördüyü genişmiqyaslı layihələr  barədə məlumat verib, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayındakı çıxışında qarşıya qoyulan vəzifələrə diqqət çəkib.

Bildirilib ki, dünya azərbaycanlıları, o cümlədən ABŞ-dəki icmamız hər zaman azərbaycançılıq ideologiyasına sadiqlik nümayiş etdirib, informasiya müharibəsində fəal iştirak edib, səmərəli fəaliyyət nəticəsində diasporun nüfuzunun artmasına nail olub.

Azərbaycanın ABŞ-dəki səfirliyinin müvəqqəti işlər vəkili Toğrul Əliyev Azərbaycan diasporunun fəaliyyətini və icmanın daha da güclü olması üçün DİDK ilə əməkdaşlığın səmərəliliyini diqqətə çatdırıb.

Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova təşkilatın, eləcə də Koordinasiya Şurasının işi barədə məlumat verib, fəaliyyət dairələrinin daha da genişləndiyindən danışıb.

Sonda bir neçə icma üzvünə təltif olunduqları medallar təqdim edilib. Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında Təhsil və Mədəniyyət Komitəsinin sədri, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetinin fortepiano üzrə professoru Pərvin Muradovaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Amerika Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzova, ABŞ-dəki Azərbaycan icmasının fəal üzvü Rəna Abbasovaya, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi, diaspor fəalı Bədir Məmmədliyə “Diaspor fəaliyyətində xidmətə görə” medalları təqdim edilib.