
Türkiyədə yaşayan azərbaycanlı rəssam Xətai Abdullayev bu il Parisdə keçirilən Olimpiadada atıcılıq üzrə yarışlarda iz qoyan milli atıcı Yusuf Dikeçin portretini çəkib. Tabloda hədəf lövhəsini boş qoyan Abdullayev:: “Mənə görə rəsm hələ bitməyib”. Tablodakı hədəf nöqtəsini qəsdən boş buraxan rəssam bildirib ki, “insanlar soruşurlar ki, niyə hədəf nöqtəsini çəkməmisiz? O, hədəf nöqtəsinə özü atış etsə, portret tamamlanmış sayılacaq. Bu tablonu Yusuf Dikeçə hədiyyə etmək istəyirəm. Məncə bu rəsm Yusuf Dikeçin öz divarında olmağa layiqdir”, -deyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məIumat yayıb.
Portreti sosial şəbəkədə paylaşan rəssam çox yaxşı reaksiyalar aldığını, hətta 15-20 nəfərə yaxın insanların tablonu satın almaq istədiyini bildirib.
Günel
Gununsesi.info
