
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.
Gununsesi.info xəbər verir ki, ilk oyun Tovuzda “Kəpəz”lə “Turan Tovuz” arasında baş tutub.
Tovuz klubu doğma meydanda qonaq olduğu bu oyundan qələbə ilə ayrılıb.
Digər oyun isə “Sumqayıt”la “Səbail” arasında baş tutacaq.
Xatırladaq ki, bu turun “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Neftçi” – “Sabah” matçı isə sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
3-cü tur
17 avqust
“Kəpəz” – “Turan Tovuz” 0:3
Qollar: Xəyal Nəcəfov. 15. Roderik Miller, 19. Kristian da Silva, 61.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev.
Tovuz şəhər stadionu.
Gununsesi.info