Ukraynaya F-16 qırıcıları üçün qanadlı raketlərin verilməsi məsələsinə baxılır

  • By ilhame
  • 18 Avqust 2024 14:30

ABŞ hökuməti Ukraynaya F-16 qırıcıları üçün JASSM qanadlı raketlərinin verilməsi məsələsinə baxır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı ABŞ prezidenti administrasiyasındakı məmura və müzakirələrin gedişi ilə tanış olan daha iki mənbə verib.

 

Administrasiya məmuru bildirib ki, bu istiqamətdə hələ çox iş görülməlidir, çünki Kiyevin sovet təyyarələrinin və F-16 qırıcılarının bu raketləri 370 kilometr məsafəyə ata biləcəyindən əminlik olmalıdır.

 

Məmur bildirib ki, son qərar hələ qəbul olunmayıb.

 

Politico yazır ki, bir qrup Konqres üzvü prezident administrasiyasından Kiyevin Rusiya ərazisini ABŞ silahları ilə vurmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması zərurətinə inandırmağa çalışır.

 

Kiyevə 79 ədəd F-16 qırıcı təyyarəsi vəd olunub. Təyyarələrin ilk partiyası Ukraynaya iki həftə əvvəl çatdırılıb.

 

The Telegraph qəzetinin məlumatına görə bu təyyarələr artıq ilk döyüş əməliyyatı uçuşlarını ediblər.

 

Qırıclar “göy-göy” raketləri ilə hava hücumundan müdafiə məqsədilə atəş açıblar.

Gununsesi.info