MMA döyüşçüsündən inanılmaz addım

  • By ilhame
  • 17 Avqust 2024 22:35

“Craig Jones Invitational” (CJI) turniri zamanı gözlənilməz hadisə baş verib.

Belə ki, ABŞ-nın gürcüəsilli MMA döyüşçüsü Merab Dvalişvili tribunalara atılaraq tamaşaçılardan birinin saçından yapışıb.

 

Gununsesi.info-nun verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılıb.

 

Bildirilir ki, hadisə Merabın UFC-dəki Şon O’Melli ilə döyüşü ərəfəsində baş verib. Dvalişvilinin qəzəbinə səbəb tamaşaçının ona qarşı təhqiramiz sözlər qışqırması olub.

 

Qeyd edək ki, CJI turniri ABŞ-də 16-17 avqust tarixlərində keçirilir.

Gununsesi.info