Banqladeş ordusu həyatlarından qorxan 600-dən çox vəzifəli şəxsə sığınacaq verib

  • By ilhame
  • 18 Avqust 2024 12:38

Banqladeş ordusu etirazlar və hakimiyyət dəyişikliyi fonunda ölkənin 600-dən çox vətəndaşına, o cümlədən siyasətçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hərbi düşərgələrdə sığınacaq verib.

Gununsesi.info xəbər verir ki, bu barədə ordunun ictimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumat deyilir.

Qeyd olunub ki, 24 siyasi xadim, 5 hakim, 19 mülki idarə məmuru, 500-dən çox müxtəlif vəzifəli polis əməkdaşı, 12 başqa peşənin nümayəndəsi, o cümlədən dövlət ali məktəblərinin məsul işçiləri olmaqla 626 nəfər hərbi məntəqələrə sığınıb.

Təhlükəsizlik vəziyyəti yaxşılaşdığından 615 nəfər artıq öz təşəbbüsü ilə sığınacağı tərk edib, 4 nəfər isə barələrində elan olunmuş ittiham və ya cinayət işi üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Gununsesi.info