Nazir rəisi təqaüdə göndərdi

İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad edilib.  

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, İlkin Cəfərov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Hazırda İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Rauf Salmanov rəis vəzifəsini icra edir.