
Yəmənə hücumlardan məsul olan ABŞ Hərbi Dəniz Qüvvələrinin daşıyıcısı USS Harry S. Truman-a aid bir təyyarənin sürüşərək qəzaya uğradığı öyrənilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrindən verilən açıqlamaya görə, USS Harry S. Truman gəmisinin göyərtəsində çəkilən F/A-18 döyüş təyyarəsi sürüşərək Qırmızı dənizə düşüb.
Bildirilib ki, “Super Hornet” tipli döyüş təyyarəsinin pilot kreslosunda olan ekipaj üzvü və təyyarəni yedəkləyən avtomobildə olan zabit havaya ataraq xilas olub, bir nəfər isə yüngül xəsarət alıb.
“F/A-18E modelli təyyarə anqar göyərtəsində yedəyə alınarkən, nəqliyyat ekipajı təyyarəyə nəzarəti itirib. Təyyarə və yedəkləyici maşın dənizə düşüb”, – Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir. Dənizə düşən təyyarə 136-cı Hücum Eskadrilyasına məxsus olub.
Təxminən 60 milyon dollar dəyərində olan bu təyyarənin xilas edilib-edilməyəcəyi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
USS Harry S. Truman aylardır Yaxın Şərqdə yerləşdirilib və son vaxtlar Yəməndə yerləşən Husilərə qarşı hücumlarda fəal iştirak edib.
Orxan