İranın İsrailə raket hücumları nəticəsində 3 nəfər öldü - YENİLƏNDİ

  • By Günel
  • 16 İyun 2025 07:55

İranın İsrailin mərkəzi bölgələrinə ballistik raketlərlə hücumu nəticəsində 3 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidməti məlumat yayıb.

Raketlər müxtəlif bölgələrdə azı iki binaya düşüb.

Təxminən 67 nəfərin yaralandığı bildirilir.

***

İranın İsrailə endirdiyi son raket zərbələrindən sonra 29 nəfər xəstəxanalara aparılıb.

Gununsesi.info xəbər verir ki, onlardan üçünün vəziyyəti orta ağır qiymətləndirilir, 26 nəfər isə yüngül yaralanıb.

Əlavə yaralıların axtarışı davam edir.

Gununsesi.info