İmişlidə bu il doğulan körpələrin sayı azalıb

  • By ilhame
  • 03 Sentyabr 2024 21:29

İmişli rayonunda bu il doğulan körpələrin sayı azalıb.

 

Gununsesi.info-nun məlumatına görə, cari ilin altı ayında rayonda 663 körpə dünyaya gəlib.

 

Ötən ilin müvafiq dövründə isə bu rəqəm 779 olub. Həmçinin cari ilin yanvar-iyun aylarında 369 ölüm halı qeydə alınıb. Ötən il isə bu rəqəm 404 təşkil edib.

 

Qeyd edəki ki, 2024-cü ilin yanvar-iyun aylarında İmişlidə əhalinin sayı 132 min nəfərə çataraq 2023-cü ilin müvafiq dövrünə nisbətən 294 nəfər və yaxud 0,2 faiz artıb.

Gununsesi.info