Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

  • By ilhame
  • 03 Sentyabr 2024 20:51

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

 

Gununsesi.info xəbər verir ki, xəstəxananın direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.

 

Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

 

O, 2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.

Gununsesi.info