Ukraynada üç nazir istefa verdi

  • By ilhame
  • 03 Sentyabr 2024 19:17

Ukraynanın ədliyyə, strateji sənaye, ekologiya nazirləri və dövlət əmlak fondunun rəhbəri istefa verib.

Gununsesi.info xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.

Strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska və Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets istefa veriblər.

Bundan əlavə, Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval da istefa ərizəsi yazdığını bəyan edib.

Qeyd olunub ki, məmurların ərizələrinə Ali Radanın növbəti iclaslarının birində baxılacaq.

Gununsesi.info