Paris Olimpiadasının iştirakçısı sevgilisinin hücumuna məruz qalıb

  • By ilhame
  • 03 Sentyabr 2024 22:23

Uqandanı Paris Olimpiadasında təmsil edən yüngül atlet Rebekka Çepteqei sevgilisinin hücumuna məruz qalıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sky Sports” nəşri məlumat yayıb.

 

Hadisə Keniyada 33 yaşlı idmançının evində baş verib.

 

Atletin sevgilisi Dixon Ndiema mübahisə zəminində idmançının üzərinə benzin tökərək onu yandırıb.

 

İnsident nəticəsində R.Çepteqeinin bədəni 75 faizə qədər yanıb. Həkimlər idmançının vəziyyətinin kritik qiymətləndiriblər.

Gununsesi.info