“Sevilya” klubunun futbolçusu Meksika çempionatında çıxış edəcək

  • By ilhame
  • 03 Sentyabr 2024 19:33

İspaniyanın “Sevilya” klubunun futbolçusu Lukas Okampos Meksika çempionatında çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, 30 yaşlı vinqer adıçəkilən ölkənin “Monterrey” komandasına transfer olunub.

30 yaşlı argentinalı oyunçu 2027-ci ilə qədər bu klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, 2019-cu ildən “Sevilya”da çıxış edən Okampos iki dəfə Avropa Liqasının qalibi olub.

Gununsesi.info