Bu avtobusun hərəkət cədvəli dəyişdirildi

  • By ilhame
  • 03 Sentyabr 2024 19:56

Mehdiabad-Digah-Məmmədli yolunda aparılan təmir işləri ilə əlaqədar Məmmədli kəndi ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Gununsesi.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, məhdudiyyətlə əlaqədar 217 nömrəli marşrut avtobusu Məmmədli dairəsinə qədər fəaliyyət göstərir.

Gununsesi.info