
BMT Təhlükəsizlik Şurası sentyabrın 4-də Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı iclas keçirəcək.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Sloveniyanın BMT-dəki daimi nümayəndəsi Samuel Zboqar deyib.
“Sabah biz bir tərəfdən İsrailin, digər tərəfdən isə Əlcəzairin tələbi ilə brifinq keçirəcəyik”, – o, bildirib.
Zboqar əlavə edib ki, indiyədək heç bir dövlət Təhlükəsizlik Şurasının sədrinə Ukrayna məsələsi ilə bağlı iclas keçirmək xahişi ilə müraciət etməyib.