
Malayziyanın baş naziri Ənvər İbrahim Şərq İqtisadi Forumunda (EEF) ölkənin BRİKS-ə qoşulmaq istəyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi özünün X sosial şəbəkə hesabında məlumat yayıb: “Baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır və o, Malayziyanın BRİKS-ə qoşulmaqda maraqlı olduğunu təsdiqləyəcək”
Nazirlk qeyd edib ki, İbrahimin Vladivostoka səfəri sentyabrın 4 və 5-nə planlaşdırılır.
BRİKS-in XIV sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək.
Qeyd edək ki, ötən gün Türkiyə BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Şəbnəm