
Salamlaşarkən əl tutuşmaq dünyanın bir çox mədəniyyətlərində istifadə edilən ən qədim adətlərdəndir.
Bəs niyə bu cür qəbul olunub?
Gununsesi.info xəbər verir ki, Qərb alimləri müxtəlif arxeoloji araşdırmalardan sonra müəyyən etmişdilər ki, əl sıxmaq təcrübəsi Qədim Yunanıstan dövrünə, daha dəqiq, eramızdan əvvəl V əsrə dayanır.
Hazırda istifadə etdiyimiz ənənəvi əl sıxmanın insanların döyüşdə qılıncdan istifadə etdiyi dövrdən gəldiyinə inanılır. Çünki insanlar qılıncı sol tərəflərində daşıyırdılar və lazım gələndə sağ əlləri ilə çəkə bilərdilər.
Beləliklə, iki nəfərin sülhlə gəldiyini və silaha sarılmağı planlaşdırmadığını sübut etdiyi üçün, ənənəvi sağ əlin sıxılması dostluq simvoluna çevrildi.
Qeyd edək ki, əl sıxmaq həm də etibar etmək əlaməti idi. Etik qaydalara əsaslananda, görüşən zaman kişilər arasında yaşca və ya statusca böyük olan adamlar birinci əl uzatmalıdır.
Yəni, yaşca kiçik olanlar qarşı tərəfin əl uzatmasını gözləməlidir.
O cümlədən, kişi və qadın qarşı-qarşıya gələn zaman, kişi birinci qadının əl uzatmasını gözləməlidir.
Orxan Saffari
Gununsesi.info