AZAL, “Wizz Air” və “British Airways” Təl-Əvivə uçuşları dayandırıb

  • By Günel
  • 24 Sentyabr 2024 10:14

“Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də “Wizz Air” (Macarıstan) və “British Airways” şirkətləri İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.

Gununsesi.info “Report” – a istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının “12-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, bu günə planlaşdırılan uçuşlar İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib. Uçuşların nə vaxt bərpa ediləcəyi dəqiqləşdirilməyib.

Gununsesi.info