Hacıqabulda 3 gün əvvəl itkin düşən şəxsin asılımış meyiti tapılıb

  • By ilhame
  • 21 Sentyabr 2024 20:19

Hacıqabulda 3 gün əvvəl itkin düşən şəxsin asılımış meyiti tapılıb.

 

Gununsesi.info-nun məlumatına görə, 3 gün əvvəl itkin düşən Hacıqabul rayonunun Meyniman kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Sultan Əli oğlunun bu gün axşam saatlarında Kürün sahilində nasos stansiyasında asılmış meyiti tapılıb. Onun hansı şəraitdə intihar etməsi məlum deyil.

 

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info