Məşhur tiktoker intihar etdi

Türkiyəli məşhur Tiktok fenomeni Kübra Aykut intihar edib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Tiktok fenomeni Kübra Aykut İstanbul Sultanbəylidə yerləşən mənzilinin 5-ci mərtəbəsindən atılaraq həyatına son qoyub.

Qeyd edək ki, Kübra Aykutun sevgilisinin çirkli pulların yuyulması və vergidən yayındığı üçün həbs edilən və bir müddət əvvəl azadlığa buraxılan Dilan Polatın vəkili Enes Çetinkayanın olduğu müəyyənləşib.

Ölümündən əvvəl məktub yazdığı bildirilən Kübra Aykutun evinə-hadisə yerinə hüquq-mühafizə əməkdaşları cəlb olunub, məsələ ilə bağlı araşdırma aparılır.

 

Orxan Saffari

Gununsesi.info