Hazırda nə Ukraynanın, nə də Rusiyanın məğlubiyyətindən danışmaq mümkün deyil

Ukrayna başa düşməlidir ki, müharibə bitdikdən sonra onun bəzi əraziləri “müəyyən müddətə” Rusiyanın nəzarətində qala bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasına real baxmalıdır: “Müharibənin ən çox ehtimal olunan nəticəsi, Ukrayna ərazisinin bir hissəsinin zaman keçdikcə genişlənərək Rusiyanın işğalı altında qalmasıdır. Zamanla müəyyən edilən belə bir vəziyyət uzun illər davam edə bilər”.

O, qeyd edib ki, hazırda nə Ukraynanın, nə də Rusiyanın məğlubiyyətindən danışmaq mümkün deyil.

 

 

 

İlhamə

Gununsesi.info