
Pentaqon bölgədə artan gərginliyə görə əlavə olaraq Yaxın Şərqə onlarla Amerika hərbçisi göndərəcək.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor Patrik Rayder deyib.
Patrik Rayder əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlığı əsas gətirərək göndərilən qoşunların dəqiq sayını deməkdən imtina edib: “Yaxın Şərqdə artan gərginliyə görə və çox ehtiyatlı davranaraq, artıq bölgədəki qüvvələrimizi gücləndirmək üçün az sayda əlavə ABŞ əsgəri göndəririk”.
Ancaq bir hökumət rəsmisinin sözlərinə görə, qoşunların sayı onlarla olacaq və onlar oradakı minlərlə ABŞ vətəndaşını qorumaq üçün bölgəyə gedəcəklər.
Məlumata görə, 40 minə yaxın amerikalı əsgərin İraq, Suriya və Fars körfəzi ölkələrindəki bazalarda yerləşdiyi dəqiqləşdirilir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Vaşinqtonun Yaxın Şərqdə müharibənin qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirmişdi. Amerika lideri regionda gərginliyin artması ilə bağlı narahatlığını da dilə gətirib.
Günay