Xocalı prospektində növbəti dəyişiklik

  • By Günel
  • 24 Sentyabr 2024 11:55

“Xocalı prospektində avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil.

Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Xocalı prospektində aparılan yeni xətlənmələrin sürücülərin narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.

Gununsesi.info