Azərbaycanda televiziya ən çox nə verilişləri hazırlanır?

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin birinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

 

Gununsesi.info xəbər verir ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında cari ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

 

 

22,9% – informasiya və analitik proqramlar

15,7% – idman proqramları

15,7% – musiqi və əyləncəli proqramlar

14,1% – bədii filmlər və seriallar

11,3% – reklam məzmunlu materiallar

8,6% – mədəni-maarif janrında proqramlar

3,7% – anonslar, elanlar

2,9% – sənədli film və materiallar

2,9% – sosial proqramlar

1,2% – sosial çarxlar

1,0% – uşaq proqramları və cizgi filmləri