Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb

  • By Günel
  • 28 Sentyabr 2024 10:53

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətin Gununsesi.info-ya verilən məlumata görə, M.Əliyevin yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.

“Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, – deyə məlumatda qeyd edilib.