
Suriya Hərbi Kəşfiyyat İdarəsi üzvlərinin Əsəd rejiminin süqut edərkən son anları üzə çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin araşdırdığı kəşfiyyat sənədləri Suriyanı onilliklər boyu dəmir yumruqla idarə edən despotik rejimin sürətlə süqutunu təsvir edir.
Ölkənin müxtəlif bölgələrindəki kəşfiyyat orqanlarına göndərilən sənədlərdə “müharibəyə hazırlaşmağa başlamaq və bütün rəsmi icazələri dondurmaq” göstərişi verilib.
Hesabatlar üsyançıların irəliləyiş sürətini təfərrüatlandırır və onu ləngitməyə yönəlmiş vəhşi planlar və əmrləri ehtiva edir.
Hücumların sürətli müvəffəqiyyəti və rejim ordusunun heyrətləndirici çöküşü “epik kəşfiyyat uğursuzluğu” kimi təsvir edilmişdir.
HTS-in Dəməşq çölündə gizli şəbəkələr qurduğu və şəhərə hücumlar zamanı onlardan istifadə etməyi planlaşdırdığı barədə xəbərdarlıqlar da paylaşılır.
Sənəd, kəşfiyyatçıların son mesajlarında istifadə etdikləri, rejimi davam etdirmək əzmində olduqlarını göstərən cümlə ilə bitdi:
“Gözdən keçirin və lazımi tədbirləri görün”.
Orxan Saffari