İtkin düşən bacıların meyiti tapılıb

Aberdində itkin düşən iki bacının sonuncu dəfə göründüyü yerin yaxınlığında cəsəd tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Henrietta və Eliza Huszti – hər ikisi sonuncu dəfə yanvarın 7-də Di çayı yaxınlığında göründülər.

Şotlandiya polisi saat 07:55 radələrində Kraliça Elizabeth körpüsü yaxınlığında çayda cəsədin göründüyünü bildirib.

“Cəsəd sudan çıxarılıb və araşdırmalar davam edir”, – deyə bildirilib.

Orxan Saffari

Gununsesi.info