
Norveç polisi Latviya hakimiyyətlərinin tələbi ilə “Silver Dania” gəmisini saxlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ekipaj Latviya və İsveç arasında kabel xəttinin zədələnməsində əli olmaqda şübhəli bilinir.
Polisin verdiyi məlumata görə, gəminin sahibi norveçlidir və Norveçdə qeydiyyatdadır.
Peterburq və Murmansk arasında fəaliyyət göstərən “Silver Dania” -nın heyəti Rusiya vətəndaşlarından ibarətdir.
Gəmi Norveç iqtisadi zonasında saxlanılaraq Tromso limanına aparılıb.
“Şübhələr var ki, gəmi Baltik dənizində Latviya ilə İsveç arasındakı optik lif kabelinə ciddi zərər verməkdə iştirak edib. Norveç polisi gəmidə sübut toplamaq və sorğular keçirmək məqsədilə əməliyyat aparır”, — deyə Norveç polisinin bəyanatında bildirilir.
Baltik dənizində Latviya Dövlət Radio və Televiziya Mərkəzinə aid olan sualtı optik lif kabeli 26 yanvar səhər zədələnib.
Latviya ilə İsveç arasındakı Ventspils və Gotland arasındakı hissədə fasilələr qeydə alınıb.
Araşdırma çərçivəsində Latviya hakimiyyətləri kabelin zədələnməsi yerinə yaxın olan “Mihalis San” adlı gəmini yoxlayıblar. 27 yanvar tarixində İsveç Prokurorluğu başqa bir gəminin saxlanılması barədə məlumat verib.
Kabelin zədələnməsi ilə bağlı oxşar hallar daha əvvəl, 2024-cü ilin noyabr və dekabr aylarında baş verib.
Rəsmilər yaxınlıqdan keçən gəmilərin onlara qəsdən ziyan vurduğundan şübhələndiyini və bəzi hallarda bunun Rusiya tərəfindən təxribat ola biləcəyindən ehtiyat ediblər.
Şəbnəm