Rusiya benzin ixrac etmək qərarına gəlib

Rusiya böyük şirkətlərə benzin ixracı üçün verilən icazələrin müddətini uzadıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak benzinin ixracına icazənin fevralın 28-dək uzadıldığını açıqlayıb.

Rusiya hökuməti 2024-cü ilin noyabrında böyük şirkətlərin də daxil olması üçün benzin ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracağını açıqladı. Qərarın müddəti bu gün başa çatmalı idi.

Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiyməti qalxıb.

Qiymət artımı ilə əlaqədar hökumət ara-sıra ixrac məhdudiyyətləri qoyur.

Orxan Saffari

Gununsesi.info