
Rusiya prezidenti Putin Goldman Sachs-ın ölkədəki törəmə şirkətinin satışını təsdiqləyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Goldman Sachs”ın Rusiyada olması ilə bağlı Putinin təsdiqlədiyi fərman ölkənin hüquqi informasiya sistemində dərc olunub. Müvafiq olaraq, Balchug Capital adlı şirkətə Goldman Sachs törəmə şirkətinin səhmlərinin 100 faizini almağa icazə verildi.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı Goldman Sachs-ın broker lisenziyasını 2024-cü ilin avqustunda ləğv edib. Bir çox Qərb bankları və maliyyə qurumları Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini bağlayıblar.
Orxan Saffari