Pakistanda qatar vaqonları relsdən çıxıb

Pakistanda şəhərlərarası sərnişin qatarının üç vaqonu relsdən çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanda Lahordan Kəraçiyə gedən sərnişin qatarı qəzaya uğrayıb. “Şalimar Ekspres” qatarının üç vaqonu Lahorun Şahdərə bölgəsində səfər zamanı relsdən çıxıb.

Səlahiyyətlilər tərəfindən edilən şərhdə, hadisə yerinə sövq edilən qrupların sərnişinləri qatardan çıxardığı bildirilib. Qəzadan sonra Lahor, Ravalpindi, Naroval və Faisalabad arasında qatarların hərəkəti dayandırılıb, nəqliyyatda fasilələr yaranıb.

Qəzanın 200 illik taxta relsin qırılması səbəbindən baş verdiyi təxmin edilsə də, hadisə nəticəsində sərnişinlərdən xəsarət almadığı öyrənilib.

 

Orxan Saffari

Gununsesi.info