Bu gün Ədalət Partiyasının qurultayı keçiriləcək

Bu gün Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının növbəti IX Qurultayı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu, partiyanın mərhum sədri İlyas İsmayılovun vəfatından sonra ilk qurultayıdır.

Qurultaya 56 rayon təşkilatından 54 nümayəndə seçilib. Qurultayda seçkili orqanların hesabatları dinlənəcək, partiyaya sədr, Mərkəzi Nəzarət Təftiş Komissiyası və Ali Məclisə üzvlər seçiləcək.

Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib. Bundan sonra partiya daxilində gərginlik yaranıb. Nəticədə Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.

Gununsesi.info