
Müslüm Maqomayev Fondu zərərçəkmişlərə yardım edəcək.
Gununsesi.info xəbər verir ki, fond martın 23-ü Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş vermiş terror aktının qurbanları üçün yığılmış ianələri bu gündən etibarən ödəməyə başlayacaq.
Fond martın 22-si törədilən terror aktından sonra zərərçəkənlərə yardım kompaniyası keçirmək qərarını bildirmişdi.
Qeyd edək ki, ianə kompaniyası müddətində Fonda ümumilikdə 140 201 490 (yüz qırx milyon iki yüz bir min dörd yüz doxsan) rubl vəsait yığılıb.
Orxan Saffari
Gununsesi.info